Dövlət Gömrük Komitəsi vətəndaş müraciətlərinin cavablandırılmasını elektronlaşdırır. Bu məqsədlə pilot variantda Bakı Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları üçün xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəz yaradılıb.
DGK-dan BUTA.TV-a verilən məlumata gprə, aprelin 18-də mərkəzin fəaliyyəti barədə media nümayəndələrinin məlumatlandırılması məqsədilə tədbir keçirilib.
Bakı Baş Gömrük İdarəsinin rəis müavini Elmir Ramazanov bildirib ki, Dövlət Gömrük Komitəsinin əsas hədəflərindən biri də vətəndaş məmnunluğunun təmin olunmasıdır. Yeni mərkəz də gömrük orqanlarının bu sahədəki fəaliyyətinin tərkib hissəsidir və məqsəd vətəndaş müraciətlərinin cavablandırılması prosesində operativliyin artırılması, şəffaflığın, əlçatanlığın təmin olunması, xidmətlərin rəqəmsallaşdırılmasıdır.
Daha sonra tətbiq edilən yeniliklə bağlı videoçarx və xüsusi təqdimat nümayiş etdirilib, media nümayəndələri mərkəzin fəaliyyəti ilə əyani şəkildə tanış olublar.
Emin Hüseynovdan sensasion açıqlama: “Səfirlikdən çıxışımda Rasim Əliyev dəstək olmuşdu”
Qeyd edək ki, mərkəzdə göstərilən bütün xidmətlər elektron növbə sistemi əsasında “Bir pəncərə” prinsipi ilə həyata keçirilir. Vətəndaşlar burada bəyannamələrin doldurulması, müvafiq gömrük ödənişlərinin ödənilməsi, rəsmiləşdirilmə prosesində yaranan çətinliklərin aradan qaldırılması, sənədlərin tərtib olunması, məlumatlandırma xidmətlərindən faydalana biləcəklər.
Həmçinin mərkəzdə digər dövlət qurumları- Dövlət Vergi Xidməti, KOBİA, AQTA ilə bağlı əməliyyatları da həyata keçirmək mümkündür.
Rahatlığın və əlçatanlığın təmin olunması məqsədilə mərkəzdə kompüter və printer, ödəmə terminalları, məlumatlandırıcı lövhələr, elektron terminal, gömrük əməkdaşları ilə operativ əlaqə saxlamaq üçün telefonlar quraşdırılıb.
Tətbiq edilən yenilik gömrük rəsmiləşdirilməsi prosesinin çevik şəkildə aparılmasına, xarici ticarət iştirakçılarının vaxta qənaət etməsinə, vətəndaş-məmur münasibətlərində qarşılıqlı etimadın artırılmasına şərait yaradacaq. Eyni zamanda vətəndaş müraciətlərinin və sorğularının vahid bazası formalaşacaq ki, bu da məlumatların emalı və təhlilinin aparılması, hədəflərin düzgün müəyyənləşdirilməsi, xidmətlərin səmərəliliyinin ölçülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
- Teleqram kanalları kütləvi şəkildə bloklanır
- Leyla Əliyeva Albaniyada Edi Rama ilə görüşdü
- Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var - 700 min manat...
- Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
- İtkin şəhidimizin 34 il sonra nəşi tapıldı
- Bəzi şəxslərə pulsuz mənzil veriləcək
- Ağdam minalardan belə təmizlənir - Foto
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?