Separatçılar bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
“Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə”, - İlham Əliyev deyib.
- Teleqram kanalları kütləvi şəkildə bloklanır
- Leyla Əliyeva Albaniyada Edi Rama ilə görüşdü
- Əli Əhmədovun baş həkim təyin olunan oğlunun özəl klinikası da var - 700 min manat...
- Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək
- İtkin şəhidimizin 34 il sonra nəşi tapıldı
- Bəzi şəxslərə pulsuz mənzil veriləcək
- Ağdam minalardan belə təmizlənir - Foto
- Abşeron dairəvi marşrutu üçün başqasına bilet almaq mümkündür?