Ermənistanın Baş naziri Nikol Paşinyanla onu tənqid edən keçmiş xarici işlər naziri Vardan Oskanyan arasında qiyabi polemika davam edir. Paşinyan deyir ki, Minsk Qrupunun vaxtilə hazırladığı “Madrid planı” Qarabağın Azərbaycan ərazisində qalacağını ehtiva edirdi, danışıqlarda iştirak edən Vardanyan isə əksinə, iddia edir ki, həmin plana Qarabağın “müstəqilliyinə” yol idi. Vardanyan sözlərinə onu da əlavə edir ki, həmsədrlərin “Madrid planı”na görə Şuşa və Laçın dəhlizi ermənilərin nəzarətində qalacaq və keçirilməsi planlaşdırılan referendum bölgənin müstəqilliyini təmin edəcəkdi.
BUTA.TV xəbər verir ki, bu barədə yazan politoloq Elxan Şahinoğlu 1990-cı illərdə jurnalist işlədiyi vaxt Vardan Oskanyandan geniş müsahibə götürdüyünü xatırladıb.
“Özündən razı və təkəbbürlü diplomat idi. Torpaqlarımız işğal altında idi, beynəlxalq birlik İrəvana heç nə demirdi, BMT-nin 4 qətnaməsi yerinə yetirilmirdi və bütün bunları Oskanyan özünün “uğur xanası”na yazırdı. Halbuki, münaqişənin həllini uzatmaqla həmin Oskaynan və onun xidmət etdiyi rejim bütün hallarda müharibəni qaçılmaz edirdi. Oskanyan bir məsələdə haqlıdır ki, “Madrid planı” Azərbaycan üçün faydalı deyildi. Elə bunun özü müharibə ehtimalını artırırdı. Oskanyan isə indi deyir ki, guya Nikol Paşinyan səhvlər buraxmasaydı, müharibə olmayacaqdı və ermənilər torpaqları əvvəlkitək işğal altında saxlayacaqdılar.
Əlbəttə, Paşinyanın Şuşada içkili vəziyyətdə yallı oynaması, tez-tez Qarabağa gəlişləri, “Qarabağ Ermənistandır” kimi ifadələri müharibənin başlama tarixini yaxınlaşdırdı, ancaq Ermənistanın başında başqası da olsaydı, hamımız anlayırdıq ki, torpaqlarımızı güc yolu ilə geri qaytarmaqdan başqa alternativimiz yoxdur”, - o qeyd edib.
- Səfirliyimizin yaxınlığına hücum: Hadisə yerindən - Foto
- Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı
- Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!
- Azərbaycan Rusiyaya nota verib
- İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
- Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili
- Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video
- Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video