Baş nazirdən növbəti qərar...

19:14 - 20 Aprel 2023 - GÜNDƏM

 Baş nazirdən növbəti qərar...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

BUTA.TV xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Maliyyə Nazirliyinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol