“Azərbaycan Hava Yolları” (AZAL) Ramazan bayramı münasibətilə aviaşirkətin ən məşhur istiqamətlərinə aviabiletlərə 25 faiz güzəşt təqdim edir.
AZAL-dan BUTA.TV-a verilən məlumata görə, endirimli aviabiletləri aprelin 21-dən 24-dək əldə etmək mümkündür. Təklif aviaşirkətin bir sıra marşrutu üzrə cari ilin mayın 3-31-i daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-dönüş aviabiletlərinə şamil olunur.
Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər həm istirahətdən zövq ala biləcək, həm də büdcələrinə qənaət etmək imkanı əldə edəcəklər.
Belə ki, AZAL-ın Bakıdan bu şəhərlər - London, Milan, Paris, Vyana, Barselona, Praqa, Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, İstanbul, Antalya, Almatı, Astana, Dubay (J2-015/016 nömrəli reyslər) üzrə uçuşlarına 25 faiz güzəşt tətbiq edilir.
Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin [email protected] elektron poçtu vasitəsilə “Çağrı mərkəzi”nə müraciət edərək əldə etmək mümkündür.
- Bu hücumdan sonra Ukraynaya dəstəyi artıracağıq – Makron
- Soçi limanı son 24 saatda ikinci dəfə uçuşları dayandırdı
- "Bavariya" Superkubokun qalibi oldu
- Quraqlıq Avropada hərbi anbarları, gəmiləri üzər çıxardı
- İran bu üç ölkəni hədələdi: Sonradan şikayətlənməyin!
- Rusiya bu PUA-ların istehsalını artır, səbəbi isə... - Beskrestnov
- 40 tanker Hörmüz boğazından keçdi
- Sülhün qarşısında yeganə maneə odur - Sibiqa