Su ehtiyatlarının Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları arasında hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun bölüşdürülməsi barədə qərar qəbul edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilir ki, son vaxtlar respublikanın çaylarında su sərfinin azalması və bu səbəbdən əkin sahələrinin su təminatında yaranan çətinliklərlə bağlı görüş keçirilib.
Bununla bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev başda olmaqla, cəmiyyətinin nümayəndələri, su suvarma suyunun düzgün bölüşdürülməsi ilə bağlı kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Azərsu ASC-nin birinci müavini Teyyub Cabbarov və Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının icra hakimiyyəti başçıları, yerli istismar idarələrinin rəhbərləri və yerli DAİM-lərlər görüşüblər.
Su təminatı ilə məşğul olan qurumlara mövcud su ehtiyatları, su təminatı imkanları və gözlənilən risklər barədə su istifadəçilərinin qabaqcadan məlumatlandırılması, sudan səmərəli və qənaətlə istifadə, su itkilərinin azaldılması, suvarmanın düzgün təşkili və sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Eyni zamanda, su istifadəçilərinə mövcud vəziyyəti düzgün qiymətləndirərək öz üzərlərinə düşən vəzifələrin icra edilməsi, əkin sahələrinin suvarmaya düzgün hazırlanması, sudan qənaətlə istifadə, aqrotexniki qaydalara və suvarma qrafiklərinə ciddi riayət edilməsi və gecə suvarmalarının təşkili barədə müvafiq tövsiyələr verilib.
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto
- “Üfüqdən o yana baxış...” - Video
- Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?
- “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”
- İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər