Səfirdən Üzeyir Hacıbəylinin barelyefi ilə bağlı etiraz

17:56 - 21 Aprel 2023 - GÜNDƏM

 Səfirdən Üzeyir Hacıbəylinin barelyefi ilə bağlı etiraz

Professor, Azərbaycanın Bosniya və Hersoqovinadakı səfiri Vilayət Quliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin Bakıda yaşadığı evin divarındakı xatirə lövhəsinin barelyefinin hələ də kiril əlifbasında olmasına etiraz edib.

Kult.az xəbər verir ki, bu barədə o, Feysbuk hesabında yazıb.

“Kiril əlifbasından imtina etdiyimiz 30 il ərzində milli müstəqilliyimizin ideya atalarından biri, professional Azərbaycan musiqisinin banisi, dahi Üzeyir bəyin kiril əlifbası ilə yazılmış, səhvlərlə dolu (yalnız Azərbaycan mətnində iki vergül, bir tire işarəsi çatışmır, "evdə" əvəzinə "evda" yazılıb), mənəvi cəhətdən köhnəlmiş və şəhərimizin simasına, ən başlıca isə onun adına yaraşmayan bu xatirə lövhəsinə hələ bir əncam çəkən tapılmadı”, - səfir bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol