ATƏT-in Minsk Qrupunun həmsədrləri bir-biri ilə danışmır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentin bugünkü iclasında Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar barədə sualı cavablandırarkən deyib.
“Minsk Qrupunun həmsədrləri bir-biri haqda deyir: “Mən onunla danışmayacam, mən onunla bir masa arxasına oturmayacam”. İndi siz deyin, biz Minsk Qrupu həmsədrlərini bir masa arxasında oturmağa necəsə məcbur edə bilərikmi?”
Qeyd edək ki, Azərbaycan 26 ildir danışıqları imitasiya etməklə heç nəyə nail olmayan Minsk Qrupunun artıq tarixin arxivinə gömüldüyünü 44 günlük Vətən savaşından dərhal sonra elan edib. MQ həmsədrləri də bu qrupun toplanmasının mümkünsüz olduğunu dəfələrlə bildiriblər.
- İstiqlalın polad dayağı olan Azərbaycan polisi - 108 yaşında
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Belçika möhtəşəm geridönüşlə 1/8 finalda - Yenilənib
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto
- “Üfüqdən o yana baxış...” - Video
- Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?