“Nar” bölgələrdə daha rahat və sərfəli ünsiyyət üçün yeni “Yerlim+” tarifini təqdim edib. İndi cəmi 4 AZN ödəməklə abunəçilər 100 ölkədaxili danışıq dəqiqəsi, 300 MB internet və WhatsApp-da pulsuz yazışma əldə edəcək. Tarifi aktivləşdirmək üçün “Nar”ın bölgələrdə olan satış və xidmət mərkəzlərinə yaxınlaşaraq yeni nömrə almaq lazımdır.
Yerlim+ tarifinin təqdim etdiyi danışıq dəqiqələrini olduğunuz bölgədən ölkədaxili bütün istiqamətlərdə istifadə edə bilərsiniz. Yerlim+ tarifi ilə bağlı daha ətraflı məlumatı buradan əldə etmək mümkündür.
“Nar” müştəriyönümlülük siyasətinə sadiq qalaraq, abunəçilərinin rahat ünsiyyəti üçün müxtəlif ehtiyaclara uyğun fərqli tariflər təqdim edir.
“Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
- Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir
- Rusiya ilə gərginliyin idxal-ixraca və pul köçürmələrinə təsiri...
- III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi...
- Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı
- Fransız casus məhkəmədə şok etiraflar etdi
- Trampın Əliyevin çıxışını paylaşması hansı anlama gəlir?
- Suriya üzrə danışıqlar yenə Bakıda keçiriləcək
- Ərdoğan Kamran Əliyevi qəbul etdi