“Azercell Telekom”un dəstəyi və “Train Brain” mərkəzinin təşkilatçılığı ilə NASA-nın dünya səviyyəli müsabiqəsinin final mərhələsinə yüksələn məktəblilərimiz vətənə xüsusi mükafatla geri dönüblər. ABŞ-nin Hyuston şəhərində FRC (First Robotic Competition) müsabiqəsinin dünya çempionatında təqdim etdiyi sosial layihələrə görə komandamız Rookie İnspiration mükafatına layiq görülüb. Mechack #9030 dörd gün davam edən final yarışında dünyanın fərqli ölkələrindən 20 illik təcrübəsi olan komandalarla mübarizə aparıb.
Xatırladaq ki, 14-18 yaş arasında olan 22 gəncdən ibarət yığmamız bu beynəlxalq tədbir üçün hazırladıqları robotu Nyu-Yorkda münsiflər heyətinə təqdim etmişdilər və nəticələrə əsasən elə ilk cəhddən final mərhələyə çıxmışdılar. Müsabiqədə iştirakçılardan ciddi qaydalar, məhdud vaxt və resurslar çərçivəsində robototexnika proqramları vasitəsilə komanda brendinin yaradılması, sənaye ölçülü robotların qurulması və proqramlaşdırılması tələb olunurdu.
Azercell komandamızı təbrik edir, gənclərə robototexnika, texnologiya səhələrində inkişaf və nailiyyətlər arzu edir.
- Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir
- Rusiya ilə gərginliyin idxal-ixraca və pul köçürmələrinə təsiri...
- III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi...
- Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı
- Fransız casus məhkəmədə şok etiraflar etdi
- Trampın Əliyevin çıxışını paylaşması hansı anlama gəlir?
- Suriya üzrə danışıqlar yenə Bakıda keçiriləcək
- Ərdoğan Kamran Əliyevi qəbul etdi