Azərbaycan sərhədçiləri mənə dedi ki… - Arutyunyan

09:56 - 2 May 2023 - CƏMİYYƏT

 Azərbaycan sərhədçiləri mənə dedi ki… - Arutyunyan

Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçiləri tərəfindən pasportu yoxlanılan ermənilərdən biri danışıb.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Qeqam Arutyunyan adlı erməni aprelin 30-da Ermənistana keçdiyini deyir.

Bildirir ki, Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçiləri onunla normal davranıb, həm də gələcəklə bağlı konkret sözlər deyib.

“Keçid məntəqəsində Azərbaycan sərhədçiləri şəkilimizi çəkdilər, pasport və maşınımla bağlı sənədləri yoxladılar. Onlar rus və Azərbaycan dilində danışırdılar. Maşınımdakı yükə birbaşa təmas olmadı, skan aparatı vasitəsilə yoxladılar. Məndən nə üçün Azərbaycan ərazisində olduğumu, hara getdiyimi soruşdular. Onlar əvvəlcə sərhədi keçməyimlə bağlı pasportuma möhür vurmaq haqda düşündülər, lakin sonra bunu etmədilər və bildirdilər ki, “gedin və bir daha geri qayıtmayın”, - Q.Arutyunyan bildirib.

Qeyd edək ki, Laçın sərhəd-keçid məntəqəsi qurulandan sonra Qarabağa humanitar yüklərin daşınması, eləcə də mülki əhalinin yoldan istifadəsi üçün hər cür şərait yaradılıb. Rəsmi Bakının erməni əhalisindən əsas istəyi Azərbaycan vətəndaşlığını qəbul etmək və daha yaxşı yaşamaqdır. Hazırda Qarabağdakı erməni əhalisinin bir hissəsi Ermənistan pasportu, bir hissəsi isə separatçıların verdiyi qondarma “pasport” daşıyır. Bu ermənilərin Ermənistana gedişinə icazə verilsə də, geri qayıdıb Qarabağda yaşamaları üçün yerli və beynəlxalq qanunvericiliyə uyğun olaraq, Azərbaycan pasportuna malik olmalıdırlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol