Qarabağ kimi köhnə və həssas münaqişələrin həlli problemlər olmadan mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Prezident Vladimir Putinin səyi nəticəsində qaynar münaqişə vaxtında söndürüldü. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatında atəşkəsdən və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində hərəkətin başlanmasından və sülhməramlı kontingentin yerləşdirilməsindən bəhs edilir. Dialoq yolu ilə proses nizamlanmanın 4 əsas istiqaməti üzrə gedir: regionda kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması, sərhədlərin delimitasiyası və ictimai əlaqələrin qurulması. Bütün bu sahələrdə Rusiya bütün bu illər ərzində konkret əməli səylər göstərməyə çalışıb və onların hər birində ciddi potensial və gələcək irəliləyiş üçün əsaslar toplanıb. Nizamlamanın əsas elementləri, yəni atəşkəs və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan addımların formalaşdırılması Rusiya və onun prezidentinin vasitəçilik missiyası sayəsində formalaşdırılıb və həyata keçirilməyə başlanıb. Bu, özlüyündə artıq böyük nailiyyətdir”, - Qaluzin bildirib.
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib
- “Sədərək” və “Binə” bağlana bilər... - Açıqlama
- Saleh Məmmədov Almaniyada 24 ha torpaq alıb? - Foto
- Əks istiqamətdə hərəkət etdilər, qəza şəraiti yaratdılar - Video
- Ağdamın daha bir kəndində yanğın başladı
- Neftimizin qiyməti yenidən 100 dolları ötdü
- Hüquqşünas alimə cinayət işi açıldı
- GL Group və Baker Hughes şirkətləri saziş imzalayıb