Gəncədə evə ildırım düşüb, yanğın baş verib.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğın dərhal söndürülərək genişlənməsinin qarşısı alınıb.
Bununla yanaşı, park ərazisinə də ildırım düşüb. Nəticədə parkda olan şəxslərdən biri şok keçirib. O, hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.
Qeyd edək ki, axşam saatlarından şəhər ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Qeyri-sabit hava şəraiti ətraf rayonlarda da davam edir.
- 6 aydır bu rayonun icra başçısı yoxdur
- Cərimə balları sıfırlandı - Səbəb texniki imiş
- “17 minə müqavilə bağlamışdım, nə özü, nə də əməkdaşları cavab verir” - Video
- Messi ağladı, mən ağladım...
- Bu ərazilərdə iki saat işıq olmayacaq
- ABŞ-da benzin qiymətləri kritik səviyyəni keçdi
- Prezident Almaniyadadır - Fotolar
- MN nümayəndə heyəti Yaşar Gülərlə görüşdü