Azərbaycan əmin edir ki, Ermənistanın cənubunda quru dəhlizi yaratmaq üçün bu ölkənin ərazisini işğal etmək niyyətində deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Röyters”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı yalnız Ermənistan vasitəsilə Naxçıvanla nəqliyyat əlaqəsi istəyir və bu, hər iki ölkəyə, həm də bütün regiona xeyir verəcək:
“Azərbaycanın Ermənistanın suveren ərazisində hər hansı hərbi hədəfi və ya vəzifəsi yoxdur, bu, Bakının gündəmindən tamamilə kənardır. Bizim Ermənistana təklifimiz ondan ibarətdir ki, çox dinc yolla kommunikasiya xətləri, nəqliyyat xətləri çəkilsin”.
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi
- Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar
- Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı
- Bakıdakı məşhur universitet bağlanır?