Qarabağ Azərbaycanındır və Azərbaycan pasportuna keçəcəyəm.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Qarabağın erməniəsilli sakini Suren Babayan deyib.
Onun sözlərinə görə, 36 ildir Şuşanın Daşaltı kəndində yaşayır və geri qayıtmaq fikri var:
"Bütün ailəm, qohumlarım Turşsuda qalıb. Qoyunlarımın bir hissəsini indi keçirirəm, yarısı hələ orada qalıb. Azərbaycan tərəfinin heç bir təzyiqinə məruz qalmadım. Uzun müddət Azərbaycanda fermer təsərrüfatım olub. Ağcabədidə ferma müdiri olmuşam, 11 min mal-qaram olub".
S.Babayan onu da bildirib ki, tezliklə Azərbaycan pasportunu almaq fikri var:
"Qarabağ Azərbaycanındır və mən bunu həmişə bu cür də bilmişəm".
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi
- Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar
- Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı
- Bakıdakı məşhur universitet bağlanır?