Ötən gün Laçın postundan keçərkən Azərbaycan mətbuatına müsahibə verən Qarabağın erməniəsilli sakini Slava Usebyanla bağlı xüsusi məqam diqqət çəkib.
BUTA.TV xəbər verir ki, ötən gün verdiyi açıqlamada iki xalq arasında düşmənçiliyin yaranmasında Mixail Qorbaçovu əsas gətirən Usebyan bir neçə gün öncə erməni mətbuatına bu fikirlərin tam əksini - Xankəndidə “artsax”ın mübarizəsindən danışıbmış. Onun ötən gün azərbaycanlı jurnalistə dediyi fikirlər təxminən bu cür idi:
“Mən Xankəndidə, eyni zamanda Bakıda da yaşamışam. Orta məktəbi də elə paytaxtınız Bakıda bitirmişəm. Bakıda “Montin” qəsəbəsində qalırdım. Azərbaycanlılarla duz-çörək kəsmişəm, çox yaxşı insani münasibətlərimiz olub. Allah etsin, yenidən mehribançılıq olsun. İki evimi-eşiyimi qoyub, çıxdım Xankəndidən. Yanğından mühafizə idarəsində rəis müavini vəzifəsində çalışmışam. Bakıdakı dostlarımla olan şəkillərimi hər zaman saxlayırdım. Erməni tərəfi düşünür ki, məni burda saxlayıblar. Amma çox rahat şəkildə heç bir təzyiq olunmadan keçid edirəm”.
Sentyabrın 7-də erməni mətbuatına verdiyi müsahibəsində isə o, Xankəndidə “artsax”ın mübarizəsini bu sözlərlə ifadə edib:
“Biz artsaxlılar dözümlüyük və cəsarətliyik. Biz dözməliyik, hər şeyə müqavimət göstərmək lazımdır. Qəhrəman artsaxlılar, xatırlayın ki, bizim babalarımız necə yaşayıb. Onlar da bizim kimi olublar, onların da həyatı bizim həyatımıza bənzəyir, lakin onlar qalib gəldilər, biz də qalib gələcəyik”.
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi
- Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar
- Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı
- Bakıdakı məşhur universitet bağlanır?