Azərbaycan Respublikası Təhsil İnstitutuna yeni direktor əvəzi təyin olunub.
BUTA.TV xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Elnur Əliyev təyinat alıb.
O, bu vəzifəyə qədər nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri olub.
Qeyd edək ki, institutun bundan əvvəlki direktoru Rüfət Əzizov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinə rektor təyin olunub.
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi
- Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar
- Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı
- Bakıdakı məşhur universitet bağlanır?