Azərbaycan xalqı bu məsələdə çox dözümlü yanaşma sərgiləməklə, prosesləri elə bir tərzdə tərtib etdi ki, biz artıq mütləq qalibik. Bu işdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin misilsiz xidməti var. Məhz onun diplomatiyası bizi qələbəyə çatdırdı.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Tofiq Abbasov Xankəndidəki qondarma qurumun rəsmi olaraq ləğv edilməsi haqda danışarkən deyib.
“Biz yalnız Ermənistanla yox, çox böyük qüvvəylə müharibədə idik. Yəni fövqəldövlətlər - Fransa, ABŞ, Rusiyanın bəzi dairələri, bəzi Şərq ölkələri, həmçinin, qonşuluqda olan bəzi məmləkətlər onların arxasında idi. Lakin İlham Əliyev çevik diplomatiyası məsələni elə bir tərzdə gündəmə gətirərək onlara təkan verdi ki, biz artıq 30 ildən çox davam edən iztirabın sonuna çatdıq. Münaqişəni tam həll etdik. Bu, mütləq qələbədir”, - Abbasov bildirib.
- Argentina futbolunda 300 milyonluq qalmaqal - FTB hərəkətə keçdi
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi
- Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar
- Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı