İyunun 3-də Şəmkir rayon sakini Nərmin Məmmədovanın yaşadığı evin həyətində yerləşən tövlədə özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Şəmkir rayon prokurorluğundan BUTA.TV-a bildirilib ki, istintaqla Elnar Məmmədovu tanışı Nərmin Məmmədovadan zor tətbiq etmə və barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb etməsi nəticəsində onu özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.
Elnar Məmmədova Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddələrilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
- Argentina futbolunda 300 milyonluq qalmaqal - FTB hərəkətə keçdi
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi
- Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar
- Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı