Cabbarov Abunayyanla mühüm layihələri müzakirə etdi

19:08 - 28 Sentyabr 2023 - GÜNDƏM

 Cabbarov Abunayyanla mühüm layihələri müzakirə etdi

Azərbaycan və Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti arasında "yaşıl enerji" sahəsində potensial layihələrin reallaşdırılması müzakirə edilib.

BUTA.TV xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb

"ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Abunayyan ilə şirkətlə ölkəmizin əməkdaşlıq istiqamətləri barədə müzakirələr apardıq", - nazir qeyd edib.

M.Cabbarov bildirib ki, görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, "yaşıl enerji" sahəsində potensial layihələrin reallaşdırılması imkanları müzakirə olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol