İran ordusuna məxsus gəmilər ABŞ hərbi helikopterinə qarşı bir neçə dəfə lazer şüası tətbiq edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) məlumatında deyilir.
Bildirilib ki, insident Fars körfəzində baş verib:
“İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-dəniz qüvvələri ABŞ-ın AH-1Z Viper zərbə helikopterinə qarşı təhlükəsiz və qeyri-peşəkar şəkildə lazer şüası yönədiblər”.
Məlumata görə, helikopter beynəlxalq hava məkanında adi qaydada əməliyyatlar icra edirmiş.
Hadisə nəticəsində helikopterə zərər dəyməyib, xəsarət alan yoxdur.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu