Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz tədbirlərlə cinayətkar qrup halında rayon sakini Qərib Əhmədovu (ad şərtidir) yaşayış yerindən kənara çay qırağına aparıb güc tətbiq edərək, qollarını bağlayıb küt və kəsici alətlərlə xəsarətlər yetirməklə, şərəf və ləyaqətini alçaldıb video çəkilişini apararaq ağır cinayət törətmiş şəxslər saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, cinayəti törətmiş rayon sakinləri Elmar Hüseyn oğlu Niftəliyev və Mirhüseyn Mirəziz oğlu Seyidovun üzərlərindən odlu silah, küt alət, bıçaq və külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Hazırda cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində və törətdikləri digər cinayətlərin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu