Ərsin Tatar Qənirə Paşayevanın vəfatından yazdı

11:56 - 29 Sentyabr 2023 - GÜNDƏM

 Ərsin Tatar Qənirə Paşayevanın vəfatından yazdı

Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı başsağlığı verib.

BUTA.TV xəbər verir ki, dövlət başçısı bu barədə X hesabında paylaşıb.

"Azərbaycanın və türk dünyasının yorulmaz müdafiəçisi, Şimali Kipr Türk Respublikasının aşiqi, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Allah Qənirə Paşayevaya rəhmət eləsin. Ailəsinə və yaxınlarına başsağlığı verirəm", - Ə.Tatar yazıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol