Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik. Çünki onun coğrafi yerləşməsi bunu labüd edir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
“Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir, ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası bu bölgənin inkişafı baxımından mühüm amil olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcək. Gələcəkdə isə əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaq. Çünki bu bölgə Azərbaycanın ən gözəl diyarlarındandır - meşələri, çayları, gölləri. Misilsiz ekosistemə malik olan Zəngilan bizim ən böyük sərvətlərimizdən biridir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
- Argentina futbolunda 300 milyonluq qalmaqal - FTB hərəkətə keçdi
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi
- Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar
- Təcili yardımı boş yerə məşğul edənlərin sayı açıqlandı