COVİD-19-un yeni və daha çox yoluxucu olan ştammı meydana çıxıb.
BUTA.TV xəbər verir ki, yeni ştam “Pirola” adlanır.
Amerikalı ekspert Georges Benjamin bildirib ki, bu ştamm daha da yoluxucu olmasına baxmayaraq, öldürücü deyil:
“Amma əsas problem odur ki, mövcud peyvəndlər daha az təsirlidir. Çünki virus hər dəfə mutasiyaya uğrayır. Bu isə vaksinlərin effektliyini azaldır”.
Məlumata görə, yeni ştammın özünəməxsus simptomu hələ ki aşkarlanmayıb.
Bununla belə, “Pirola”ya yoluxanlarda ümumi əlamətlər - şiddətli ürəkbulanma, öskürək, boğazağrısı, burun axması, asqırma, yorğunluq, başağrısı, əzələ ağrıları və iybilmənin itməsi müşahidə olunur.
Ekspert qeyd edib ki, dünyada yoluxmanın artmasının əsas səbəblərindən biri də vaksinlərin bərabər paylanmaması, bəziləri üçün peyvəndlərin əlçatan olmamasıdır:
“İnsanlar lazım olan qədər peyvənd vurdurmadıqları üçün daha çox yoluxurlar. Buna görə də xüsusilə peyvənd olunmayanlar daha tez yoluxur və vaxtından əvvəl ölür”.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu