Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ilə görüşüb.
Bu barədə BUTA.TV-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlər zəngin tarixə malikdir. Xalqlarımız uzun illər dostluq şəraitində yaşayıb.
Söhbət zamanı Azərbaycan və Ukraynanın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığı qeyd edilib. Ərazi bütövlüyü, suverenlik məsələlərində qarşılıqlı dəstəyin vacibliyi diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımlara görə ölkəmizə minnətdarlıq ifadə olunub və bu, dostluq münasibətlərinin göstəricisi kimi qiymətləndirilib.
Bildirilib ki, ölkələrimiz arasında münasibətlər qanunvericilik orqanları səviyyəsində də uğurla davam etdirilir. Azərbaycanla Ukrayna arasında parlamentlərarası dostluq qruplarının fəaliyyəti bu sahədə əməkdaşlığı dərinləşdirmək üçün körpü rolunu oynayır. Dostluq qrupları üzvlərinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə imkan verir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu