Rusiyanın televiziya və Yutub kanallarında Ermənistanın Baş naziri Nikol Paşinyanı küçə söyüşləri ilə təhqir edirlər. Təhqir müəllifləri əsasən Rusiyanın media mühitində əhəmiyyətli mövqelərə malik ermənilərdir.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, proqramlara dəvət edilən fərqli millətlərə məxsus aparıcı və ekspertlər də Paşinyanı aşağılayırlar:
“Bunlar hesab edir ki, Ermənistanda hakimiyyətdə Paşinyan yox, Putinin dostu Robert Köçəryan olsaydı, Azərbaycan Qarabağı geri qaytara bilməzdi. Əlbəttə, Robert Köçəryan Kremllə daha sıx əlaqələrə malik idi, ancaq dünyadakı və bölgədəki vəziyyət tədricən Azərbaycanın xeyrinə dəyişirdi və Ermənistanın keçmiş prezidenti də doğma separatçılarını xilas edə bilməyəcəkdi. Köçəryan bu qədər güclüydüsə, İkinci Qarabağ müharibəsindən sonra asanlıqla Nikol Paşinyanı devirməliydi. Paşinyanın reytinqi düşsə də, erməni cəmiyyətindəki dəstəyi hətta Azərbaycanın antiterror əməliyyatından sonra da Köçəryana olan dəstəkdən dəfələrlə çoxdur. Bu səbəbdən Rusiya televiziya və Yutub kanallarında Ermənistanın hazırki baş nazirini söyəndə və aşağılayanda seçkilərdə Paşinyana səs və dəstək verən ermənilərin Rusiyaya qarşı nifrəti daha da artır”.
- Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş - İlk dəfə həmin gecədən danışdı
- Argentina futbolunda 300 milyonluq qalmaqal - FTB hərəkətə keçdi
- Bakının bu ərazilərində işıq olmayacaq
- Tarif Şurasından yeni qərar: Sabahdan qüvvəyə minir
- Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video
- “Bakıya qarşı xüsusi prinsipiallığım yoxdur” - Dubl edən erməni futbolçu
- Bu televiziyanın müvəqqəti rəhbəri dəyişdi
- Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar