Qarabağdan öz istəkləri ilə ayrılan erməni sakinlər Ermənistanın Gorus rayonunda rusiyalı jurnalistə açıqlama veriblər.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, onlar açıqlamalarında Qarabağdan ayrılarkən heç bir problem və maneə ilə üzləşmədiklərini etiraf ediblər.
Ermənistan hakimiyyəti və Qərbin bəzi ermənipərəst dairələri isə iddia edirdi ki, azərbaycanlılar onları guya Qarabağdan məcburi çıxardır, guya etnik təmizləmə siyasəti həyata keçirir. Lakin yayılan görüntülərdən də məlum olur ki, bütün bunlar sadəcə əsassız iddialar və qarayaxma kampaniyasından başqa bir şey deyil.
Bundan başqa, indiyədək minlərlə Qarabağ ermənisinin Laçın sərhəd buraxılış məntəqəsindən maneəsiz keçərək Ermənistana üz tutublar.
Əlavə edək ki, Azərbaycan mərkəzi hakimiyyəti Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasını istədiyini bəyan edib və Qarabağdakı erməni sakinlərə ərzaq paylayıb, tibbi yardım göstərib.
Həmin anın videosunu təqdim edirik:
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu