Sentyabrın 29-u saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Mürvət Əliyev və 1989-cu il təvəllüdlü Seymur Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, 1978-ci il təvəllüdlü Rəşad Əbilovun isə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan BUTA.TV-a bildirilib ki, araşdırma zamanı aralarında yaranmış mübahisə zamanı qeyd olunan şəxslərin bir-birinə bıçaqla xəsarətlər yetirməsi və Rəşad Əbilovun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu