"Qaradağ" Günəş Elektrik Stansiyası gələn ay istifadəyə veriləcək.
BUTA.TV xəbər verir ki, bunu Energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən II Azərbaycan Milli Şəhərsalma Forumunda bildirib.
"Cənubi Qafqazda ən böyük Günəş Elektrik Stansiyası oktyabrda istifadəyə veriləcək. Bu, sərmayəçilər tərəfindən tikilmiş 230 MVt gücündə Günəş Elektrik Stansiyasıdır. Biz bərpa olunan enerji obyektlərinin tikintisinə mümkün qədər birbaşa xarici investisiya cəlb etməyə çalışırıq", - o deyib.
O qeyd edib ki, hazırda Azərbaycanda quraşdırılmış enerji potensialının yalnız 17 faizi bərpa olunan enerjidir.
“Biz 2030-cu ilə qədər bu potensialı 30 faizə çatdırmağı planlaşdırırıq və inanıram ki, bu rəqəmi hətta keçəcəyik”, - E.Soltanov deyib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu