Beynəlxalq Şahmat Federasiyası (FİDE) oktyabr üçün reytinq cədvəlini açıqlayıb.
BUTA.TV xəbər verir ki, Azərbaycan şahmatçılarından Teymur Rəcəbovun mövqeyi dəyişməyib.
36 yaşlı qrossmeyster 2745 əmsalla 14-cü pillədə qərarlaşıb. Milli komandanın üzvlərindən Şəhriyar Məmmədyarov (2734) 1 pillə geriləyərək, 17-ci sırada dayanır. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abbasov (2679) bir pillə irəliləyərək, 58-ci yerə yüksəlib.
Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2839) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçi Fabiano Karuana (2786) qərarlaşıb. Çinli Dinq Liren (2780) isə ilk “üçlüy”ü qapayır.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 30-cu, Ülviyyə Fətəliyeva (2393) 56-cı, Gövhər Beydullayeva (2383) 66-cı, Gülnar Məmmədova (2346) isə 100-cü sırada qərarlaşıblar.
Xanım şahmatçıların reytinqində birinci yer Xou İfana (Çin, 2628) məxsusdur. Çinin digər təmsilçisi Yu Venyun (2560) ikinci yerdədir. FİDE adından çıxış edən, Bakıdakı Dünya Kubokunun qalibi Aleksandra Qoryaçkina üçüncü sırada yer alır.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu