İstanbul və Türkiyənin bir sıra kurort şəhərlərində əlverişsiz hava şəraiti ilə əlaqədar aviareyslərdə ləngimələr və təxirə salınması halları müşahidə olunur. İstanbulda leysan bir neçə saatdır davam edir.
BUTA.TV xəbər verir ki, İstanbulda leysan bir ay davam edən kəskin quraqlıqdan sonra başlayıb. Şəhər kənarında bir sıra ərazilərdə daşqın müşahidə edilsə də, turizm mərkəzlərində vəziyyət normal həddə olub. Sinoptiklər növbəti güclü leysanın olacağı ilə bağlı xəbərdarlıq edirlər.
Qeyd edək ki, Türk Hava Yolları rəsmisi Yahya Üstün X sosial media şəbəkəsində çətin hava şəraiti ilə əlaqədar olaraq, ilk növbədə İstanbul ilə Antalya, Ərzurum, Sivas və Qəhrəmanmaraş şəhərləri arasında daxili reyslərdə mümkün gecikmə və uçuşların təxirə salınması ilə bağlı xəbərdarlıq edib. Bununla belə, hava limanları və hava yollarının veb-saytlarındakı məlumatlardan göründüyü kimi, gecikmələr və ləğvlər beynəlxalq istiqamətlərə də təsir edib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu