SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçovun 1988-ci ildə Ermənistandan azərbaycanlıların qovulduğunu, etnik təmizləmə aparıldığını açıq şəkildə dediyi görüntüləri yayılıb.
BUTA.TV xəbər verir ki, çıxışın diqqətçəkən olması Qorbaçovun bunu ermənilərə deməsidir.
“Sizə yalan danışan deyiləm. Məndə olan bütün sənədlər bunu göstərir. Mənə hərbi komendant məruzə edib. Bu məsələdə rayon partiya komitəsinin katibləri, icra katibləri, rəhbər işçilərin əli var. Bu, özbaşınalıqdır. Milisin gözləri önündə azərbaycanlıları öldürürlər, milis isə barmağını tərpətmir. Sərhəddə isə hansısa quldurlar milislərin gözləri qarşısında qadınların qulağından sırğanı qulağıqarışıq qoparır. Bunlar vəhşiləşiblər, quldurdurlar. Azərbaycanda isə insanlar gəncdirlər, ləyaqətlidirlər, azərbaycanlılar heç bir pis işlərə qoşulmurlar”, - o bildirib.
- Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - Yenilənib
- “Sədərək” və “Binə” bağlana bilər... - Açıqlama
- Saleh Məmmədov Almaniyada 24 ha torpaq alıb? - Foto
- Əks istiqamətdə hərəkət etdilər, qəza şəraiti yaratdılar - Video
- Ağdamın daha bir kəndində yanğın başladı
- Neftimizin qiyməti yenidən 100 dolları ötdü
- Hüquqşünas alimə cinayət işi açıldı
- GL Group və Baker Hughes şirkətləri saziş imzalayıb