Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bizim üçün çox önəmli dost dövlətdir. Bizi çoxəsrlik mehriban qonşuluq və dostluq münasibətləri bağlayır. Xalqlarımız arasında bu dostluq davam edir və bu dostluğun, qardaşlığın möhkəmlənməsində cənab İlham Əliyevin əməyi çox böyükdür.
BUTA.TV xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Prezident İlham Əliyevlə birlikdə keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığını uğurla davam etdirir.
Ölkələrimiz arasındakı dostluq əlaqələrinin təməlinin dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Baş nazir deyib: “Əfsanəvi şəxsiyyət Heydər Əliyevin ümumilikdə Gürcüstan-Azərbaycan münasibətlərində xidmətlərini bir daha qeyd etmək istərdim. Bu əlaqələrin möhkəmlənməsində onun rolu çox böyükdür. Dahi şəxsiyyət dostluğumuzun çox möhkəm təməlini qoydu. Biz bu yaxınlarda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgidə olduq və fürsətdən istifadə edərək, bir daha cənab İlham Əliyevi və bütün Azərbaycanı dünya şöhrətli siyasi xadim olan atanızın 100 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm”.
- Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?
- Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın