İranın Qərbi Azərbaycan, Şərqi Azərbayan və Ərdəbil əyalətlərində mədə-bağırsaq xərçənginin geniş yayılması bu xəstəliyə görə ölənlərin sayına ciddi təsir edib.
BUTA.TV xəbər verir ki, bunu İran Mədə-bağırsaq Endoskopiya Dərnəyinin rəhbəri Kamran Bagiri Lənkərani deyib. Qeyd edək ki, son statistikaya görə, İranda hər il 55 min nəfər xərçəngdən həyatını itirir. Bu göstəricinin böyük hissəsi Azərbaycan əyalətlərinin payına düşür. Həmçinin, son 30 ildə ölkədə 50 yaşdan aşağı vətəndaşlar arasında xərçəngə yoluxma hallarının 80 faiz artdığı deyilir.
Səhiyyə sistemi mütəxəssisləri İranda xərçəngdən ölənlərin sayının rəsmi statistikada göstəriləndən daha çox olduğunu bildirirlər.
- Bakıda yeniyetmə qız anasını döydüyü üçün atasını bıçaqladı
- Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu
- Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı
- Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 nəfər saxlanıldı
- Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
- İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
- Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər - VİDEO
- 67 yaşında özünə toy edən general gənclərə nümunədir