Azərbaycanlı Rusiyada aldığı lotereyadan 100 milyon rubl (1,7 milyon manat) qazanıb.
“BUTA.TV” Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət Azər Musayevdən gedir. 2023-cü ilin sentyabrında dostu ilə birlikdə Soçidə mağazaya daxil olan Azər Musayev ilk dəfə ani lotereya biletləri alıb. Azər elə yerindəcə qoruyucu təbəqəni silib və Rusiya lotereyalar tarixində rekord məbləğ qazanıb.
“Əvvəlcə iki bilet seçdim. Onlar uduşsuz idi. Dedim, icazə verin, son dəfə cəhd edim. Qoruyucu təbəqəni siləndə sətirdə 5 milyon gördüm. Sevindim, daha çox yoxlamadım və bu məbləği udduğuma qərar verdim. Bileti satıcıya verəndə o da yoxladıqda məlum oldu ki, əslində 100 milyon qazanmışam. Düzünü desəm, mən buna dərhal inanmadım” - Azər Musayev bildirib.
O, mükafatı aldıqdan sonra yaxınlarına kömək edəcəyini bildirib, həm də evini təchiz etməyi və avtomobilini yeniləməyi planlaşdırır. Qalib həm də də oğluna möhtəşəm toy etmək arzusundadır.

- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir