Rusiya prezidenti Vladimir Putin İrana qarşı Fələstin-İsrail münaqişəsinin gərginləşdirilməsində əli olması ilə bağlı ittihamları əsassız adlandırıb.
BUTA.TV Interfax-a istinadla xəbər verir ki, o, Aralıq dənizinin şərqinə ABŞ təyyarədaşıyan qrupunun göndərilməsində məna görmür.
"Mən başa düşə bilmirəm ki, Birləşmiş Ştatlar niyə bir təyyarədaşıyan qrupunu oraya sürükləyir və ikincisini elan edir. Mən, həqiqətən, bunda məna görmürəm. Livanı bombalayacaqlar? - deyə Putin Rusiya Enerji Həftəsi forumunun plenar iclası zamanı deyib. - Yoxsa sadəcə kimisə qorxutmaq qərarına gəliblər? Amma orada insanlar var ki, artıq heç nədən qorxmurlar. Problemi bu yolla həll etmək yox, kompromis həll yolları axtarmaq lazımdır".
Rusiya prezidenti deyib: "İndi eşidirik ki, İran həmişə olduğu kimi, sübut olmadan bütün günahlarda ittiham olunur. Heç bir sübut yoxdur. Görəcəyik, ümid edirəm sağlam düşüncə qalib gələcək".
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı