Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.
BUTA.TV Yeniavaz.com-a istinadən xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub.Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.
Ən yükəsk artım Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən fiziki şəxs İsgəndər Mirzəyevə məxsus topdansatış mərkəzində olub. Avqust ayının sonunda burada satılan 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26 manat 10 qəpik olduğu halda, oktyabr ayının əvvəlində 27 manat 25 qəpiyə qaldırılıb.
Bundan başqa "Dəvəçi-Dəyirman” MMC, "Dəvəçi-Taxıl” MMC, "Şəmkir Un-Yem” MMC və "Sünbül 2012” MMC-yə məxsus topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti son bir ayda 1 manat artıb.
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...
- Bunu Yevlaxa gedənlərdən soruşun! - Akopyan
- Çin Rusiyanı Moskoviyaya çevirir: 40%-ini alır – Xəritə
- FTX Azərbaycan vətəndaşını saxladı
- Azərbaycan Afrikada yüksəksəviyyəli iclas keçirdi
- Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani
- Tolopilonun cəzasızlığı AZAL təyyarəsinin faciəsinə səbəb oldu...
- Zəngəzur dəhlizi Azərbaycana təhvil verilib... - Abovyan