“MakDonalds”ın (McDonald`s) Bakı nümayəndəliyinin Azərbaycanın 44 günlük haqq savaşında Ordumuza dəstək məqsədi ilə yaydığı və daha sonra sildiyi həmin postları hamımız xatırlayırıq.
Şirkətin bu addımı azərbaycanlıların ciddi və haqlı etirazlarına səbəb olmuşdu. Niyə paylaşıb, niyə də silirdiniz? Vəziyyətdən çıxmağa çalışan “MakDonalds” dəstək paylaşımlarını silməsinə səbəb kimi heç bir siyasi prosesə (? – red.) qarışmadığına eyham edərək, “əsas amalımız insanları qida ilə təmin etməkdir" açıqlaması ilə cavablamışdı.
Bu gün isə həmin “MakDonalds” İsrail ordusuna geniş dəstək postu paylaşıb. Şirkət həmin postunda İsrail ordusuna yemək daşıdığını və bununla da ÇAXAL-a dəstəyini nümayiş etdirir.
“MakDonalds”ın bu addımı onun “neytral qida təminatçısı” obrazını puç edir. Əgər bu paylaşımla “neytral qida təminatçısı” olduğunu iddia edirsə, o zaman Qəzza zolağında baş verən münaqişəyə görə evini tərk edən minlərlə dinc fələstinli uşağa da qida çatdırmalıdır. Həmin uşaqların əksəriyyətinin ünvanı da məlumdur, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Məktəbləri...
Bombalardan məktəblərə sığınan uşaqlara qida göndəriləcəkmi?
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi