Erməni hərbçidən şok: Əməliyyat zamanı belə aldadıldıq

11:36 - 13 Oktyabr 2023 - CƏMİYYƏT

 Erməni hərbçidən şok: Əməliyyat zamanı belə aldadıldıq

Qarabağda sülhməramlıların arxasında gizlənərək təxribatlar törədən erməni terrorçu Karen Ambardsumyan Ordumuzun sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatından danışıb.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Ordusunun hücumu zamanı mühasirəyə düşdüklərini deyib.

“Xocavənddə mühasirədə idik, çıxmaq mümkün deyildi. Ruslar gəlib bizi mühasirədən çıxardılar. Onlar bütün postları tərk-silah etdilər, hamımızı toplayıb apardılar”.

Mühasirədə olduqlarını və sülhməramlıların sayəsində sağ qaldığını etiraf edən Ambardsumyan absurd fikir səsləndirirək, guya mübarizə aparmaq istədiklərini iddia edib:

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

“Bizə dedilər ki, təslim olmasanız, qadınlar, uşaqlar öləcək. Ona görə ağlaya-ağlaya silahı yerə qoyduq. Lakin sonradan bildik ki, bizim rəhbərlik qadınlar və uşaqlarla bağlı bu iddianı bizi hədələmək üçün uydurub”.

Qeyd edək ki, Azərbaycan Ordusu sentyabrın 19-da ildırımsürətli əməliyyatla Qarabağda terrorçuların istifadə etdikləri yolları nəzarətə götürüb, mövqelərini sıradan çıxarıb və hərəkətlərini məhdudlaşdırıb. Hərbi ekspertlər Ordumuzun bu əməliyyatını dünya hərb tarixində yeni rekord kimi qiymətləndiriblər.

Qarabağdakı separatçı rejim də erməni silahlıların həyatını xilas etmək təslim olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol