İsraildən sonra 5 nöqtə partlayacaq: Zəngəzur da var...

12:42 - 13 Oktyabr 2023 - DÜNYA

 İsraildən sonra 5 nöqtə partlayacaq: Zəngəzur da var...

Yaxın Şərqdə müharibə hər dəqiqə qızışır.

İsaril orusu və radikal HƏMAS qruplaşması qadınlara və uşaqlara belə aman vermədən, bir-birini öldürməyə davam edir. Bölgə qan içində boğulur, Qəzza zolağı isə xarabalığa çevrilir. İran və ya digər oyunçular istənilən vaxt bu münaqişəyə müdaxilə edə bilər. Bunun fonunda başqa fikir ayrılıqları da üzə çıxır. Daha kim köhnə məsələləri güc yolu ilə həll etməyə hazırdır?

BUTA.TV xəbər verir ki, bu barədə “Tsarqrad”da yayımlanan məqalədə deyilir.

“HƏMAS-ın işğalından əvvəl İsrail siyasi böhran içində idi. Ölkədə Netanyahu hökumətinə və onun məhkəmə islahatlarına qarşı vaxtaşırı etirazlar keçirilirdi. Bu vəziyyətdə Netanyahu hökuməti birtəhər milləti birləşdirməli idi. HƏMAS işğalı da burada faydalı oldu. Eyni zamanda israillilər nəhayət Qəzza zolağı ilə məsələni bağlamaq qərarına gəliblər”, - məlumatda deyilir.

Məqalədə sual olunur ki, ardınca hansı ölkələr mövcud problemlərinin hərbi yolla həllinə çalışacaq?

“Bəzi məlum nöqtələr var:

Tayvan

Pekin və Taypey arasında münaqişə 2022-ci ilin avqustunda ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin adaya rəsmi səfəri zamanı kəskinləşdi. Eyni zamanda Vaşinqton demək olar ki, açıq şəkildə bəyan edir ki, Tayvanı yerləşdiyi yerə görə çinlilərə verməyəcək. Tayvan birinci ada zəncirinin kritik qovşağındadır. Bunun fonunda Yaponiya artıq Çin ordusuna müqavimət göstərmək üçün dəniz xüsusi təyinatlıları yaradır.

Ermənistan və Azərbaycan

İrəvan artıq Bakını yaxın bir neçə həftə ərzində “işğala” hazırlaşmaqda ittiham edib. Azərbaycan yəqin ki, Zəngəzur dəhlizi problemini həll etmək üçün gücdən istifadə edəcək.

Hindistan və Pakistan

Yeni Dehli və İslamabad 1947-ci ildə müstəqillik əldə etdikdən sonra ərazi mübahisəsi yaşayır. Mübahisənin əsas mövzusu Kəşmirin mülkiyyətidir.

Koreya yarımadası

Şimali Koreya fəal şəkildə silahlanır və nüvə silahı yaradır. Bunun fonunda ABŞ regionda hərbi mövcudluğunu artırır. Amerikanın nüvə sualtı gəmisi “Kentukki” 1981-ci ildən bəri ilk dəfə Cənubi Koreya sularında peyda olub. Vəziyyət hər an alovlana bilər.

Afrika

Bu qitədə də vəziyyət indi ağırdır. Niger burada əsas arenaya çevrilə bilər. Və Fransa indi oradan qoşunlarını çıxarsa da, Paris hər an qərarı dəyişə bilər. Bu yaxınlarda Yelisey sarayında məsələnin güc yolu ilə mümkün həlli ilə bağlı bəyanatlar səsləndi. Fransızların ordusundan istifadə edə biləcəyi əsas marionet Nigeriyadır. Öz növbəsində Burkina Faso və Mali artıq hər kəsə xəbərdarlıq ediblər ki, Nigerə istənilən müdaxiləni özlərinə qarşı müharibə elanı kimi qiymətləndirəcəklər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol