Ukrayna Prezidenti Vladimir Zelenski Qəzza zolağı ətrafında gərginliyə görə Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə "Military Watch Magazine" nəşrində dərc edilən məqalədə bildirilib. Nəşr qeyd edib ki, Yaxın Şərqdəki vəziyyət Rusiya-Ukrayna müharibəsinin gələcək inkişafına böyük təsir göstərəcək.
Məqalədə deyilir ki, dünya ictimaiyyətinin diqqəti Ukraynadan İsrailə keçdiyinə görə Qərb öz simasını saxlamaq və eyni zamanda Kiyevə maliyyə yardımını kəsmək, bununla da onu Moskva ilə danışıqlara məcbur etmək imkanı əldə edəcək.
"Zelenski diqqət Yaxın Şərqə yönəldiyi üçün Qərbdən dəstək axtarır", - məqalədə vurğulanıb.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək