Fələstin lideri Mahmud Abbas və Venesuela Prezidenti Nikolas Maduro arasında telefon danışığı baş tutub.
BUTA.TV xəbər verir ki, bu barədə Fələstinin rəsmi WAFA agentliyi məlumat yayıb.
Söhbət zamanı M.Abbas bildirib ki, HƏMAS qruplaşmasının fəaliyyəti və siyasi xətti Fələstin xalqını təmsil etmir.
Abbas Maduro ilə danışığında Fələstin Azadlıq Təşkilatını “Fələstin xalqının yeganə qanuni təmsilçisi” adlandırıb.
"Prezident hər iki tərəfdən mülki şəxslərin öldürülməsini qətiyyətlə pisləyib və mülki şəxslərin, məhbusların azad edilməsinə çağırıb", - məlumatda deyilir.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı