Musavat.com xəbər verir ki, AXCP sədri, radikal müxalifətin başı olan Əli Kərimli Xankəndi ilə bağlı paylaşım edib.
Ötən aya qədər Azərbaycanın Qarabağ zəfərinə "Xankəndi, Xocalı bizdə deyilsə, heç bir qələbədən söhbət gedə bilməz", bəhanəsi ilə kölgə düşürən Ə. Kərimlinin bu dəfə də "əmma"sı var. Çox xəsis, çox pərt paylaşımda bunlar yazılıb: "Milli bayrağımızın Xankəndində ucaldılması münasibətilə xalqımızı təbrik edirəm. Qəhrəman şəhidlərimizi rəhmətlə anırıq. İgid qazilərimizə, fədakar şəhid ailələrinə, Azərbaycan ordusuna minnətdarlığımızı bildiririk.
Rusiya silahlı qüvvələrinin ölkəmizdən ən qısa müddətdə çıxarılmasına da nail olmalıyıq".
Bu dəfə də "kölgə"nin ideologiyası elan olundu. Bu böyüklükdə zəfər qalacaq kənarda, "Rusiya sülhməramlıları" olacaq əsas məsələ.
Allah islah etsin və millətin zəfərinə sevinə biləcək ürəklə mükafatlandırsın.
Qeyd edək ki, çoxsaylı Facebook istifadəçiləri onun bu naqis paylaşımına etiraz püskürürlər.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək