Azərbaycanlı operator Hikmət Əsgərov Xankəndi şəhərində qalan erməni sakinlə həmsöhbət olub.
BUTA.TV xəbər verir ki, Mişa adlı həmin şəxs 63 yaşının olduğunu və Xankəndidə doğulduğunu deyib. “Artıq bir həftədir, burda hamı məni tanıyır, hörmət edir, yemək verir. Hətta dünən general mənə maşın verdi, gedib Ballıcada kəndimi, heyvanlarımı gördüm, qəbiristanlığa getdim. Buradakı bütün ermənilər qaçdı, yalnız 5-6 adam qalıb. Ermənilər deyirdilər ki, bu torpaqlar bizimdir. Əgər torpaq sənindirsə, niyə qaçdın? Utanıram ki, ermənilər qorxaqcasına qaçdılar”, - erməni bildirib.
Xankəndi sakini qaçan ermənilərin şəhərdəki bəzi mağazaları, dükanları, hətta azərbaycanlılara məxsus qəbirləri dağıtdıqlarını da etiraf edib. Onun sözlərinə görə, ermənilərin 85 faizi alçaqdır, hətta fahişə də onlardan yaxşıdır.
- Qarabağdan gedənlər Azərbaycanla sərhəddən də köçür
- Köçəryan İranı Paşinyanı devirməyə çağırdı: Kremldən təlimat
- Ermənistan əvvəllər bizim deyildi... - Paşinyan
- ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
- Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan
- 95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!
- Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…
- Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir