Rusiya bu hücumları dəf edə biləcək, ATACMS təmas xəttindəki vəziyyəti dəyişə bilməyəcək.
BUTA.TV bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Ukraynaya ATACMS raketlərini ötürmək qərarını şərh edərkən deyib.
“Birincisi, bu, təbii ki, zərərlidir və əlavə təhlükə yaradır. İkincisi, biz təbii ki, bu hücumları dəf edə biləcəyik. Müharibə müharibədir və təbii ki, onlar təhlükə yaradır, bu sözsüzdür. Amma ən əsası odur ki, ATACMS təmas xəttindəki vəziyyəti kökündən dəyişmək iqtidarında deyil. Mümkün deyil. Bunu əminliklə demək olar. Və nəhayət, bu, ABŞ-ın növbəti səhvidir”, - o bildirib.
Prezident ABŞ-da Rusiyanın Ukraynada müharibədə uduzması ilə bağlı iddiaları gülünc adlandırıb:
“Bəs onda nə üçün ATACMS göndərilir? Madam ki, müharibəni uduzmuşuq, qoy silahları geri götürsünlər də!”
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı