“Uşağını yanıma gətirir ki, bunu atasından uzaqlaşdır” - Psixoloq sirləri açdı

17:38 - 18 Oktyabr 2023 - CƏMİYYƏT

 “Uşağını yanıma gətirir ki, bunu atasından uzaqlaşdır” - Psixoloq sirləri açdı

“Azərbaycanda qadınlar hələ də bilmirlər ki, onlar boşanmadan da kişidən aliment ala, mal bölgüsü edə bilərlər. Sadəcə ölkəmizdə qadınlar bu işə bir az fərqli yanaşırlar. Onlar boşanan zaman kişidən qisas almaq istəyirlər”. 

Bu sözləri   psixoloq Gülnar Orucova deyib. Son illər artan boşanmalar barədə danışan psixoloq boşanma hadisələrinin böyük əksəriyyətinin xəyanətə görə olduğunu qeyd edib:  “Mən deməzdim ki, qadın boşanmaq üçün yaxud da kişi varlıdır deyə ailə qurur. Qadın bir az zaman keçdikdən sonra başa düşür ki, bu evlilik yürümür, irəliləmir, hətta pul üçün ailə qursa belə, sonra düşünür ki, pulla hər şey həll olmur. 

Bugünkü boşanmaların əksəriyyəti xəyanət səbəbindəndir, çox az faizi isə ailədaxili məsələlərdir”.  Onun sözlərinə görə, bəzən qadınlar boşandıqdan sonra aqressivləşir və keçmiş ərlərindən qisas almağa çalışırlar: 

“Bunu da qeyd edim ki, Azərbaycan qadınlarının əksəriyyəti boşandıqdan sonra çox aqressivləşir. Öz övladını belə əzib keçə bilir. Atasını uşağa pisləyir, onu atası ilə görüşməyə qoymur, uşağı ataya göstərmir və s. Amma bir şeyi unudur ki, uşaq daxili sarsıntı keçirir, psixoloji baxımdan sınır. Bu ataya çox da təsir etməsə də, uşaqlarda psixoloji problem yaradır. 

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Əgər ayrılmaq qərarına gəlirsinizsə, siz həyat yoldaşı olaraq ayrılırsınız, ata və ana olaraq ayrılmırsınız. Çalışın, boşansanız belə, həyat yoldaşınızla dostluq əlaqəniz qalsın. Uşaqları silah kimi istifadə etməyin.

Atalı böyüyən uşaqlar digərlərinə nisbətən daha özgüvənli olurlar. Ona görə qadın çalışmalıdır ki, övladının yanında atası olsun, atalı böyüsün.

Ailə quran zaman pul və ya boşanmaq xətrinə ailə qurmaq lazım deyil. Sevərək ailə qurmaq lazımdır. Çünki siz sevərək ailə qurursunuzsa, ailədə hər hansısa problemlə üzləşsəniz də sevgi üçün, hörmət üçün o problemi həll etmiş olacaqsınız.

Bəzən boşanmış pasiyentlərimin əksəriyyəti övladını gətirəndə deyir ki, atası ilə görüşməsin, mən uşağı sizin yanınıza gətirmişəm ki, atasından uzaqlaşsın. Övladım atasını görəndə aqressiv olur və s. Bu düzgün addım deyil. Pasiyentlər daha çox bu şikayətlərlə gəlirlər. Qadınlar güclü varlıqlardır, amma bəzən qisas naminə çox şey edirlər. Onlar bəzən qisas naminə övladlarını belə tapdalayıb keçə bilirlər”. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol