Bakıda yerləşən 292 nömrəli məktəbin qarşısındakı velosipedlər sosial şəbəkədə maraqla qarşılanıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov paylaşım edib. O, şagirdlərin məktəbə velosipedlə gəlib-getdiklərini bildirib:
“292 nömrəli məktəbdə maraqlı mənzərə ilə qarşlaşdıq. Uşaqlar məktəbə kütləvi şəkildə velosipedlə gəlib-gedirlər. Məktəbdə xüsusi velosiped meydançası da yaradılıb.
Dövlətin Bakı şəhəri Binə qəsəbəsində uşaqlar üçün yaratdığı müasir məktəbdə belə ürəkaçan görüntülər sevindiricidir”.
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq