Azərbaycan artıq Qarabağ daxil, bütün ərazi üzərində suverenliyini tam təmin edib. Bunu təmin edən bir çox şərtlər artıq yetişmişdi. Qarşı tərəf, yəni Ermənistan burada özü üçün müəyyən "şərtlər" qoymuşdu. Bundan da irəli gələrək Ermənistan proseslərlə bağlı güzəştli həlli qəbul etmirdi. Erməni əhalisinin maraqlarını nəzərə alan təkliflərdən belə Ermənistan hakimiyyəti imtina edirdi.
Bunu teleqraf-a politoloq Zərdüşt Əlizadə deyib. O qeyd edib ki, Azərbaycan Ermənistandan ərazisində saxladığı silahlıları çıxartmağı tələb edirdi:
"Çünki belə olan halda Qarabağda yenidən hər hansı hərbi əməliyyatlar olmayacaqdı. Oradakı qanunsuz silahlılar ərazidən çıxdıqdan sonra danışıqlar başlayacaqdı. Bunun nəticəsində orada yaşamaq istəyində olan ermənilər üçün də təkliflər gündəmə gələcəkdi. Amma bunların heç biri baş vermədi. Ermənistan bütün bunlara qarşı çıxdı və nəticə göz önündədir".
Politoloq hesab edir ki, ermənilər bir günlük antiterror tədbirlərindən sonra reallığın tamam başqa cür olduğunu anladı:
"Bunun ardınca Erəmistandan Qarabağda yaşayan ermənilərə əmr verildi ki, ərazini tərk edin. Əslində bu amil erməni tərəfinin mədəni siyasətin nə olduğunu anlamadığını göstərən faktdır". Zərdüşt Əlizadə Azərbaycanın suveren ərazisində özünün Konstitusiya hüquqlarını təmin etdiyini söyləyib:
"Bu gün Xankəndidə və digər ərazilərdə inzibatı orqanlar yerləşib. Xankəndi həmişə Azərbaycanın olub. Sadəcə olaraq Xankəndiyə qarşı erməni iddiaları olub, Azərbaycan isə bunları rədd edib. Vaxtilə Xankəndidə Azərbaycan SSR-nin bayrağı dalğalanırdı. Buradan müəyyən təlaşla çıxmış ermənilər də zaman etibarı ilə geri qayıdacaq. Çıxıb getmiş emrənilərin buradakı əmlakı qorunur. Zaman getdikcə, ermənilər hissə-hissə geri qayıdacaq. Kimsə gəlib burada evini satıb gedə də bilər. Amma qalanlar çox olacaq".
- Azərbaycanın uğurları Heydər Əliyev siyasi irsinin təntənəsidir
- Ermənistanı özünə dost tutan İran... - Politoloq
- Azərbaycan qırıcıları İranla sərhəddə uçuşlar edib? – Rəsmi
- Bu, İrana müharibə elanıdır – Tehran nəyi seçəcək?
- Pis xəbər - müharibə, yaxşı xəbər - Zəngəzur... - Zülfüqarov
- İkinci xəritə yayıldı: Bu ərazilər də Azərbaycana qaytarılır
- İsrailin hücumu: Azərbaycan şəhərinə dəyən zərər...
- İsrailin hücumu zamanı vətəndaşlarımız zərər çəkib?