Oktyabrın 7-də HƏMAS qüvvələrinin İsrailə hücumundan sonra ABŞ-ın Şərqi Aralıq dənizinə iki ədəd aviadaşıyıcı göndərməsi Türkiyədə əsl gündəmə çevrilib.
BUTA.TV xəbər verir ki, türkiyəli hərbi ekspert, yazar Cihad Yaycı ABŞ-ın bununla bağlı bir neçə planının olduğunu deyib.
“ABŞ-ın iki ədəd aviadaşıyıcısı gəlir. Bu da 300-ə yaxın son model təyyarə (qırıcı – red.) deməkdir. HƏMAS-ın Qəzzada nə hava, nə quru, nə də dəniz qüvvələri var. İsrailin isə hava, quru, dəniz qüvvələri olduğu halda, ABŞ-ın iki ədəd aviadaşıyıcısı niyə regiona gəlir? Zatən 300 son model təyyarə ilə Qəzzanı yerlə-yeksan etmək olar. O regiondakı dövlətlərin əlində bu qədər təyyarə yoxdur. Plan isə belə nəticələnəcək. İsrail Qəzza zolağının ya hamısını, ya da bir hissəsini işğal edəcək. Hizbullahın hücumunu bəhanə edərək isə Livandan ərazi alacaq. Suriyadan da artilleriya atəşləri olur deyə, bu ölkənin cənubuna da müdaxilə edəcəklər. Bu genişmiqyaslı müdaxilələrə də ABŞ həmin hərbi təyyarələri ilə yardım edəcək. İsrail bu vəziyyətdən böyüyərək (ərazi olaraq – red.) çıxacaq”.
Onun sözlərinə görə, ABŞ-ın aviadaşıyıcılarını regiona göndərməsinin digər səbəbi də Türkiyənin Suriyadakı hava hərəkatıdır:
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
“ABŞ bunun əleyhinə olduğunu dedi. Bundan başqa, YPG/PKK-ya da dəstək verəcəklərini dedilər. Bu dəstəyi PUA-mızı vurmaqla bir daha bəyan edən ABŞ Türkiyənin hava əməliyyatlarına buraya gətirdiyi çox böyük hava gücü ilə mane ola bilərmi? Sual budur”.
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı